Birləşmiş Ştatlar UNESCO Fələstini tamhüquqlu üzv kimi təşkilata qəbul etdikdən sonra BMT-nin mədəniyyət agentliyinə maliyyə ayırılmasını dayandırdığını bildirir.
Dövlət Departamenti bildirir ki, Vaşinqton BMT-nin Fələstini tamhüquqlu üzv kimi qəbul edən hər hansı bir agentliyinə maliyyə ayrımasını qadağan qanuna əsasən noyabr ayında UNESCO-ya 60 milyon dollar məbləğində maliyyəni ayıra bilməyəcək.
ABŞ UNESCO-ya ən çox yardım ayıran ölkə kimi, agentliyin büdcəsinin 22 faizini təmin edir.
UNESCO bu gün Fələstini təşkilata tamhüquqlu üzv kimi 107 lehinə, 14 əleyhinə və 52 bitərəf səslə qəbul edib. Fransa Afrika, Latın Amerikası, Çin və Hindistan daxil olmaqla Asiya və ərəb ölkələri kimi lehinə, İsrail, Birləşmiş Ştatlar, Kanada və Almaniya əleyhinə səs verib, Yaponiya və Britaniya bitərəf qalıb.
UNESCO-ya tamhüquqlu üzv olmaq üçün təşkilatın 193 üzvünün üçdə-ikisinin səsi lazım idi.
Ağ Ev UNESCO-nun qərarını vaxtından əvvəl adlandıraraq, bu addımın Yaxın Şərqdə əhatəli sülhə nail olmaq planları qarşısında maneə yaratdığını bəyan edib.