Qəzzada İsrail əsgərləri ilə qarşıdurma zamanı 2 fələstinli öldürülüb.
Qarşıdurmaya BMT-nin Baş Assambleyasının Amerikanın Qüdsü İsrailin paytaxtı kimi tanımasını rədd edən qətnaməni təsdiq etməsindən bir gün sonra yol verilib.
Biz bir daha ABŞ-dan gələn planı qəbul etməyəcəyik
Qəzzanın səhiyyə rəsmiləri bildirib ki, 24 və 29 yaşlı fələstinlilərin ölümünə onları diri-diri yanması səbəb olub.
Bu arada fələstinlilərin prezidenti Mahmud Abbas Fransa və Avropanı Trampın qərarından sonrakı dövrdə sülh səylərinin artırılmasına çağırıb.
Parisdə olan Abbas bundan sonra Amerikanın heç bir sülh planını qəbul etməyəcəyini vurğulayıb.
“Birləşmiş Ştatlar sülh prosesində qeyri-səmimi vasitəçi olduğunu sübut etdi və biz bir daha ABŞ-dan gələn planı qəbul etməyəcəyik”, - Abbas Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra deyib.
ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Birləşmiş Ştatların Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını elan edib. O, ABŞ səfirliyinin də Təl-Əvivdən Qüdsə köçürüləciyini bildirib.
Trampın addımı beynəlxalq miqyasda pislənib, müsəlman dünyasında etirazlara səbəb olub.
Qətnamə 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səslə təsdiqini tapıb.
ABŞ bazar ertəsi BMT-nin Təhlükəsizlik Şurasının prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını rədd edən qətnaməsinə veto tətbiq edib.
Şuranın qalan 14 üzvü Misirin hazırladığı ölçüyə dəstək verib.
Qətnamə layihəsində Trampın bu ayın əvvəllərində səsləndirdiyi qərar və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair dərin təəssüf bildirilib.
Qətnamə layihəsi bütün ölkələri diplomatik missiyalarının Qüdsə köçürməkdən çəkinməyə çağırır.
İsrail bu şəhəri paytaxtı hesab edir və bütün səfirliklərin buraya köçürülməsini istəyir.
Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı olaraq görmək istəyir və Birləşmiş Ştatların artıq sülh prosesində etibarlı tərəfdaş olmadığını deyir.