Accessibility links

Abdulla Gül Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb



Türkiyə prezidenti Abdulla Gül BMT-nin Baş Assambleyasında çıxışında Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həllinə çağırıb.

Amerikanın Səsinin (http://www.amerikaninsesi.org) BMT-nin rəsmi veb səhifəsinə istinadən əldə etdiyi məlumata görə, Türkiyə prezidenti ölkəsinin regionda uzunmüddətli sülhə nail olmaq səylərindən danışıb.

Cənab Gül dondurulmuş münaqişələrin region ölkələri arasında əməkdaşlıq qarşısında maneə olduğunu deyərək, uzun müddətli sülhün bölgənin inkişafına xidmət edəcəyini bildirib.

“Münaqişələr effektiv regional əməkdaşlığa mane olur. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ərazi bütövlüyü prinsipi əsasında Qafqazda uzunmüddətli sülhə nail olmağa çağırırıq. Biz işğal olunmuş ərazilərdən qüvvələrin tədricən çıxarılması ilə bərabər regionda iqtisadi əməkdaşlıq və inkişafa nail olmaq üçün strategiya təklif etmişik. Biz bunun regionda əsaslı sülhə xidmət edəcəyinə inanırıq”-deyə cənab Gül bəyan edib.




Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG