Accessibility links

Abe partiya liderliyi seçkilərində qalib gələrək, baş nazir vəzifəsini sığortaladı


Yaponiyanın baş naziri Şinzo Abe hakim partiyanın lideri seçkilərində böyük üstünlüklə qalib gəlib. Bununla da Abe daha üç il baş nazir vəzifəsində qalmaq hüququ qazanıb.

Liberal Demokrat Partiyasının lideri vəzifəsinə cümə axşamı keçirilən seçkilərində Abe asanlıqla sabiq müdafiə naziri Şigeru İşibaya qalib gəlib.

63 yaşlı Abe bu nəticə sayəsində baş nazir vəzifəsini müddətin sonuna qədər icra edəcək. Beləliklə o, Yaponiya tarixində baş nazir vəzifəsində ən uzun müddət xidmət etmiş şəxs olacaq.

Gözlənilir ki, Abe baş nazir vəzifəsində növbəti müddətini Yaponiyanın İkinci Dünya Müharibəsindən sonra yazılmış pasifist konstitusiyasının dəyişdirilməsinə sərf edəcək. Bu konstitusiya Yaponiya ordusunun özünü müdafiə etməsini məhdudlaşdırır.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG