Accessibility links

ABŞ-ın büdcə kəsirlərinin BMT-yə təsirləri [Video]


ABŞ-ın büdcə kəsirlərinin BMT-yə təsirləri
please wait

No media source currently available

0:00 0:02:24 0:00

ABŞ-ın büdcə kəsirlərinin BMT-yə təsirləri

Ötən həftə prezident Donald Tramp diplomatiya və xarici yardım sahəsində büdcəyə 28 faizlik kəsir tətbiq etmək istədiyini elan edib. Buna isə Birləşmiş Millətlər Təşkilatı və onun idarələrinə də maliyyə dəsətyinin azaldılması daxildir. Mümkün kəsilər BMT-nin görünməmiş dərəcədə çox münaqişələr, aclıq və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmağa çalışdığı bir vaxta təsadüf edir.

Biz BMT-nin xərclərinin 22 faizini ödəyirik. Bu isə o deməkdir ki, digər ölkələr 78 faiz ödəyir. Bu, amerikalı vergi ödəyiciləri üçün yaxşı sövdələşmədir.
Piter Yeo

Birləşmiş Millətlər Təşklatı artıq potensialını gərir.

“Biz tarixin kritik bir nöqtəsindəyik. Biz BMT-nin yaranmasından bəri yaşanan dünyanın ən böyük humanitar böhranı ilə üzləşirik. Hazırda dörd ölkədə 20 milyondan çox insan aclıqla üzləşir. Kollektiv və koorrdinasiya edilmiş qlobal səylər olmadan, insanlar aclıqdan öləcək”, deyə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Stefen O’Brayan deyir.

Birləşmiş Ştatlar BMT-nin ən böyük donorudur. Bu il ABŞ BMT-nin 2,5 milyard dollarlıq büdcəsinə 611 milyon dollar ianə verib. Bundan əlavə hər il Vaşinqton BMT-nin sülhməramlı missiyalarına 2 milyard, BMT-nin Uşaq Fondu və Ümumdünya Ərzaq Proqramı kimi digər proqramlara isə əlavə yüz milyonlarla dollar maliyyə dəstəyi verir.

Daha Yaxşı Dünya kampaniyasından Piter Yeo:

“Biz BMT-nin xərclərinin 22 faizini ödəyirik. Bu isə o deməkdir ki, digər ölkələr 78 faiz ödəyir. Bu, amerikalı vergi ödəyiciləri üçün yaxşı sövdələşmədir.”

BMT rəsmiləri və müşahidəçilər digər ölkələrin ABŞ-ın təşkilata maliyyə dəstəyini azaltması ilə yaranacaq maddi boşluğu doldura bilməyəcəklərindən narahatdır.

“Kəskin maliyyə kəsirləri uzunmüddətli islahat səylərinin təsirlərinə xələl gətirəcək xüsusi tədbirlərin görülməsinə səbəb ola bilər,” BMT-nin sözçüsü Stefan Ducarriç deyir.

Dünya boyu təhlükəyə ən açıq insanların bundan zərər çəkməsindən narahat olub-olmadığı ilə bağlı sualu cavablandıran ABŞ-ın büdcə rəhbəri durumun qaçılmaz olduğunu deyib.

Biz öhdəlik götürməliyik, biz qlobal lider olaraq qalmalıyıq və bütün dünyada insanların real humanitar ehtiyaclarını qarşılamaq üçün öhdəmizə düşən hər şeyi etməliyik.
Piter Yeo

“Biz BMT və digər müxtəlif xarici yardım proqramlarına maddi yardımı azaldırıq. Bu, seçki kampaniyasını izləyən heç kəs üçün təəcüblü olmamalıdır. Prezidet xüsusi olaraq yüzlərlə dəfə xaricdə daha az, ölkədaxilində isə daha çox pul xərcləyəcəyini deyib. Bizim bu büdcə ilə etməyə çalışdığımız da elə budur,” deyə o bildirib.

Son onilliklərdə beynəlxalq inkişaf və humanitar yardım ABŞ xarici siyasətinin əsas hissəsi olub. Piter Yeo isə bunun davam etməli olduğunu deyir.

“Biz öhdəlik götürməliyik, biz qlobal lider olaraq qalmalıyıq və bütün dünyada insanların real humanitar ehtiyaclarını qarşılamaq üçün öhdəmizə düşən hər şeyi etməliyik”, o deyib.

Yeo Konqresin bunu dərk etdiyinə və güclü, davamlı humanitar yardımı dəstəkləyəcəyinə ümid edir.

XS
SM
MD
LG