Accessibility links

ABŞ qanunvericiləri büdcə layihəsinin müzakirəsini bərpa edib


ABŞ qanunvericiləri yanvarın ayının 1-də qüvvəyə minəcək 600 miliyard dollarlıq büdcə planının müzakirəsini bərpa edib. Plan vergilərin artırılması və büdcə xərclərinin ixtisarını nəzərdə turur.

Konqres və prezident Obamanın vergilərin artırılması, müdafiə və daxili proqramların ixtisarını gecikdirmək və ya maliyyə uçurumunu dəf etmək üçün kompromis əldə edilməsinə yeddi həftə vaxtı var.

Cümə günü Barak Obama Demokrat və Respublikaçı liderləri Ağ Evdə qəbul edəcək.

Tərəflərin heç biri sərt büdcə tədbirlərini həyata keçirmək istəmir. Onlar əvvəlki uğursuz danışıqlardan sonra ölkənin büdcə kəsiri problemini həll etmək üçün qanunvericiləri razılığa gəlməyə məcbur edirlər.
XS
SM
MD
LG