Accessibility links

ABŞ hərbi gəmisi Çinin iddia etdiyi arxipelaqa yaxınlaşıb


ABŞ-ın hərbi gəmisi Pekinin də iddia etdiyi mübahisəli Spratli arxipelaqının 22 km. yaxınlığından üzüb keçib.

USS Lassen hərbi gəmisi Çinin zəbt etdiyi və eyni zamanda Tayvan, Viyetnam və Flippinin də iddia etdiyi adaya yaxınlaşıb. Hərbi gəmi ABŞ-ın hərbi dəni qüvvələrinin iki kəşfiyyat təyyarəsi tərəfindən müşayiət olunub. ABŞ-ın bir hərbi rəsmisi missiyanın insidentsiz başa çatdığını bildirib.

Çinin xarici işlər nazirliyinin açıqladığı bəyanatda deyilir ki, "Çinin suverenliyini təhdid edən" USS Lassen hərbi gəmisi hərəkət etiyi boyu müşahidə edilib.

Cənub Çin dənizindəki adada Çin hərbi qüvvələrinin təxminən 200 əsgərinin yerləşdirildiyi təxmin edilir. Çinin dənizdə süni adalar yaratması ölkənin regionda dominantlığı və nüfuzunu artırmaq cəhdləri kimi qiymətləndirilir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG