Accessibility links

ABŞ əsgərlərinin qalıqları Pearl Harbora gətirilib


Koreya müharibəsi zamanı həlak olmuş amerikalı əsgərlərinin qalıqları ABŞ-a gətirilib.

Şimali Koreya keçən həftə qalıqları təhvil verdikdən sonra qalıqlar çərşənbə günü Cənubi Koreyadan Pearl Harbora gətirilib.

ABŞ vitse-prezidenti Mayk Pens ABŞ əsgərlərinin qalıqlarının repatriasiya mərasimində iştirak edib.

''Biz bu gün burada Koreya müharibəsi zamanı həlak olan 55 amerikalı qəhrəmanın qalırlarının repatrisiya mərasimi üçün toplanmışıq. Bəziləri Koreya müharibəsini ''Unudulmuş müharibə'' adlandırır. Ancaq biz sübut etdik ki, qəhrəmanlar heç zaman unudulmur. Bu gün oğlanlarımız evinə qayıdır'' - deyə, vitse-prezident Mayk Pens bildirib.

Cəsədlərin təhvilinə dair razılıq ötən ay ABŞ və Şimali Koreya prezidentləri arasında keçirilən tarixi görüş zamanı əldə edilib.

Müharibə zamanı 7700-ə yaxın ABŞ əsgəri itkin düşüb. 5300 əsgərin qalıqlarının hələ də Şimali Koreyada qaldığına inanılır.

XS
SM
MD
LG