Accessibility links

ABŞ İran xalqına humanitar yardım təklif edir


Villages of Tabriz and Ahar, Iran impacted by recent earthquake
Villages of Tabriz and Ahar, Iran impacted by recent earthquake
İranda keçən həftənin şənbə günü baş verən iki zəlzələ nəticəsində ölənlərin sayının 300-dən çox olduğu bildirilir. İranın səhiyyə naziri Mərziyə Vahid Dastyerdinin bu gün parlamentə verdiyi məlumata görə ölənlərin sayı 306, yaralananların isə 3000-dən çoxdur.

Avqustun 11-i günortadan az sonra bir neçə dəqiqə fərqlə 6.4 və 6.3 bal gücündə zəlzələlərin Təbriz şəhəri yaxınlığındakı bir neçə kəndi yerlə yeksan etdiyi, digərlərinə isə ciddi zədə vurduğu deyilir.

BMT baş katibi Ban Ki Munun ofisi bu gün İranda baş verənlərlə bağlı İslam Respublikasına başsağlığı verib və humanitar yardlım təklif edib.

ABŞ bazar günü İran xalqına başsağlığı verərək humanitar yardım təklif edib. Ağ Evin açıqladığı bəyanat "İran xalqına" ünvanlanıb və ABŞ-ın "bu çətin məqamda" yardım göstərməyə hazır olduğunu bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG