Accessibility links

ABŞ Konqresində "Azərbaycan lobbiçiliyini faş edən" quruma toxunmadılar


Nümayəndələri Palatasında respublikaçı çoxluğun lideri Kevin McCarthy baş verənləri telekanallara müsahibədə müzakirə edir. 3 yanvar, 2017.
Nümayəndələri Palatasında respublikaçı çoxluğun lideri Kevin McCarthy baş verənləri telekanallara müsahibədə müzakirə edir. 3 yanvar, 2017.

ABŞ-da respublikaçıların çoxluğa malik olduqları Konqres özünün ilk sessiyasına qalmaqalla başlayıb.

Respublikaçı millət vəkilləri Konqresin müstəqil Etika Ofisinin (OCE) səlahiyyətlərinin məhdudlaşdırılması məsələsini səsverməyə çıxarmaq barədə qərar qəbul etmişdilər, lakin bu xəbərdən dərhal sonra ictimaiyyətdən, siyasətçilərdən və insan haqları fəallarından sərt reaksiya gəldi.

Prezident seçilmiş Donald Trump bu qərarı Tvitterdə tənqid etdikdən sonra isə onun partiyadaşları bu təşəbbüsdən geri çəkildiklərini elan ediblər.

Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq və indi, respublikaçılar 2007-ci ildən bəri ilk dəfə olaraq həm Ağ Evə, həm də Konqresə nəzarət edəcəklər. Odur ki, onlar prezident Barak Obamanın Obamacare kimi tanınan səhiyyə sisteminin və başqa islahatların ləğvini səsə qoymağı planlaşdırırlar.

Lakin Konqres üzvlərinin etik davranışlarına gözətçilik edən Etika Ofisinin səlahiyyətlərinin məhdudlaşdırılması barədə təşəbbüs hətta bir çox respublikaçıları da hərəkətə gətirib.

Səsvermə təşəbbüsündə bulunanlar Konqresin Etika Ofisinin təhqiqat səlahiyyətlərindən məhrum edilməsini istəyirdilər.

Donald Tramp partiyadaşlarının bu təşəbbüsünü kəskin tənqid edib və deyib ki, “indi vergi islahatı, səhiyyə və başqa daha mühüm məsələlər var”.

Azərbaycanda yaxşı tanınan qurum

Konqresin etika qurumu 2008-ci ildə millət vəkilləri ilə bağlı bir sıra korrupsiya qalmaqallarının ardınca yaradılmışdı.

ABŞ Konqresinin müstəqil qurumu Azərbaycana səfər etmiş konqresmenlərin davranışını araşdırmışdı

Reuters agentliyi yazır ki, hətta Trampın tənqidindən əvvəl də bir çox respublikaçı Konqres vəzifəliləri qanunvericilik təşəbbüsününün nəticələrindən narahatlıq ifadə etmişdilər, lakin yalnız Trampın tvitindən sonra təcili yığıncaq keçirilib və təşəbbüs geri götürülüb.

2016-ci ilin iyununda məlum olmuşdu ki,hazırkı Konqresin 9 üzvünə və 32 əməkdaşına Bakıda keçirilən konfransda iştirak etdikləri vaxt minlərlə dollar qiyməti olan hədiyyələr verilib.

ABŞ Konqresinin Etika Ofisi Azərbaycan hökumətinin Amerika millət vəkillərini ələ almaq cəhdlərini araşdırmış, nəticədə Azərbaycana pulu ödənilmiş səfərə çıxan bir sıra konqresmenlər rəsmi Bakıdan aldıqları hədiyyələri böyük rüsvayçılıqla geri qaytarmışdılar.

2016-ci ilin iyununda məlum olmuşdu ki, hazırkı Konqresin 9 üzvünə və 32 əməkdaşına Bakıda keçirilən konfransda iştirak etdikləri vaxt minlərlə dollar qiyməti olan hədiyyələr verilib.

Konqresin Etika Ofisi 2013-cü ilin mayında Azərbaycan hökumətinin SOCAR vasitəsilə Bakıda keçirilən bir tədbirə sponsorluğunu da araşdırmışdı.

SOCAR Texasda mənzillənən «Azərbaycanın Dostlar»ı alyansına 750 min dollar köçürmüş, bu alyans isə ABŞ konqresmenlərinin həmin konfransda iştirakına sponsorluq etmiş, onlara Bakıda bahalı hədiyyələr də verilmişdi.

XS
SM
MD
LG