Accessibility links

İnvestorlar ABŞ Mərkəzi bankının qərarını gözləyir


Cümə günü ABŞ hökuməti işsizlik və iş yerlərinin artımı barədə statistik göstəriciləri açıqlayacaq

Dünya investorları Amerikanın ləng iqtisadiyyatını dirçəltmək üçün ABŞ Mərkəzi bankının hansı tədbirlər görəcəyini izləyir.

Mərkəzi bankın rəsmiləri ikigünlük iclasda iqtisadi tendensiyaları incələdikdən sonra dünyanın ən böyük iqtisadiyyatına öz rəylarini verməlidilər. Lakin ABŞ maliyə xəbər agentlikləri iqtisadçıları sorğuladıqdan sonra Mərkəzi Bankın yeni stimullaşdırıcı təkliflər verməkdən çəkinəcəyini ehtimal ediblər.

Bununla yanaşı onlar rəsmilərin sentyabr ayında keçiriləcək iclasda yenidən fəaliyyət planı təqdim etmələri üçün daha çox iqtisadı göstəricilərin aşkara çıxmasını gözləyəcəklər. Cümə günü ABŞ hökuməti iyul ayına olan işsizlik və iş yerlərinin artımı barədə statistik rəqəmləri təqdim edəcək.

Büdcə siyasət yürüdənlər üçün əsəs sual ABŞ iqtisadiyyatının dərhal yeni təkan siyasətinə ethiyac olub-olmamasıdır. Amerika iqtisadiyyatı aprel ayından iyun ayına qədər sadəcə 1.5 faiz inkişaf edib. 41 ay davam edən işsizlik səviyyəsi bu müddət ərzində 8 faizdən daha artıq olaraq yüksək səviyyədə qalıb.

Cümə axşamı Avropa Mərkəzi bankının maliyyə siyasəti rəhbərləri 17 ölkənin daxil olduğu avrozonada artıq üç ildir ki, davamlı olaraq hökm sürən borc böhranına qarşı yeni yolları araşdıracaq. Mərkəzi bank İspaniya və İtaliya hökumətlərinin qiymətli kağızlarını almağa üstünlük verərək, onların borc üzrə xərclərini asanlaşdıra bilər.
XS
SM
MD
LG