Accessibility links

ABŞ ordusu avtonom helikopterləri sınaqdan keçirir [Video]


ABŞ ordusu avtonom helikopterləri sınaqdan keçirir
please wait

No media source currently available

0:00 0:01:40 0:00

ABŞ ordusu avtonom helikopterləri sınaqdan keçirir

Avtonom nəqliyyat vasitələrini səmaya çıxarmaq, izdihamları yollara salmaqdan daha asan görünür. Ona görə də, ABŞ ordusunun Dəniz Piyadaları Korpusu avtonom helikopterlərə bağlı tədqiqat aparır.

Bu avtonom helikopter bütün işi özü görür.

Helikopterin öz beyni var və özü düşünür. Mən ona sadəcə olaraq nə zaman enməli və ya havaya qalxmalı olduğunu bildirirəm.
Dionte Cons

“Helikopterin öz beyni var və özü düşünür. Mən ona sadəcə olaraq nə zaman enməli və ya havaya qalxmalı olduğunu bildirirəm,” deyə Dəniz Piyadaları Korpusunun serjantı Dionte Cons bildirir.

Helikoper applikasiya vasitəsilə idarə olunur. İstifadəçi hekilopterə sadəcə olaraq təyinatı bildirir.

“Helikopter hər şeyi özü planlaşdırır. O, sənin onu göndərdiyi yerə doğru hərəkət edir, amma sən ona detallı göstərişlər vermirsən. Helikopter yoldakı əngəlləri, yəni telləri, ağacları, ona mane olacaq hər şeyi yan keçir və daha sonra hətta tanımadığı eniş zolağına belə təcrübəli bir pilot kimi enir,” tədqiqatın rəhbəri Dennis Beyker deyir.

Ordu üçün avtonom helikopter həyat qurtarmaq və praktik ola bilmək məqsədilə çox vacibdir.

“Biz düşünürük ki, “nə üçün robot göndərə biləcəyimiz təhlükəli yerlərə dəniz piyadasını göndərək?” Həmin düşüncə pilotsuz təyyarələrə də aiddir. Bəzi şeylər var ki, biz pilotsuz helikopterlələ edə bilərik, amma onları pilotlu sistemlərlə etmək mümkün deyil. Məsələn çox təhlükəli və ya GPS-in tanımadığı mühitlərə getmək. Həm də insanların istirahətə ehtiyacı olur. Ona görə də, pilotsuz sistemər bizə daha çox seçim verir,” Dəniz Piyadaları Korpusunun podpolkovniki Dan Şmit deyir.

İlkin eksperimentləri Dəniz Piyadaları Korpusu aparsa da, avtonom helikopter texnologiyasından çox sayda başqa peşələrə sahib insanlar da faydalana bilər.

“Kaliforniyada baş verən yanğınaları nəzərə aldıqda, hər gün pilotlar, ekipajlar təhlükəyə atılır. Bu səbəbdən də, yanğınları söndürmək üçün pilotsuz ya da çox az sayda ekipaj üzvü olan helikopterlər göndərmək çox dəyərli sərmayedir,” AACUS proqramından Stiv Çisarik söyləyir.

Bu ilk dəfə deyil ki, dəniz piyadaları pilotsuz helikopterləri sınaqdan keçirir. Daha öncə, 2011-ci ilə 2013-ci illər arasında iki K-Max avtonom karqo helikopteri Əfqanıstana milyonlarla kiloqram karqo çatdırıb.

XS
SM
MD
LG