Accessibility links

Kəşfiyyat rəsmiləri ABŞ seçkilərinin yenidən "Rusiyanın hücumuna" məruz qaldığını deyir [Video]


Kəşfiyyat rəsmiləri ABŞ seçkilərinin yenidən Rusiyanın hücumuna məruz qaldığını deyir
please wait

No media source currently available

0:00 0:02:10 0:00

ABŞ-ın yüksək səviyyəli kəşfiyyat rəsmiləri deyir ki, Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə keçirilən prezident seçkilərinə uğurlu müdaxiləsindən sonra cəsarətlənərək ABŞ-da bu noyabr keçiriləcək ara seçkiləri hədəf alır. Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Kots çərşənbə axşamı Senatın Kəşfiyyat Komitəsinə Birləşmiş Ştatların “hücum altında” olduğunu və buna Rusiya və digər düşmənlərin Amerikanın demokratrk təsisatlarına xələl gətirmək məqsədilə kiber müharibə başlatmasının səbəb olduğunu deyib.

Bütün bunlara baxmayaraq, prezident narahatedici bir şəkildə Rusiyanın yaratdığı təhlükəni inkar etməyə davam edir. O imkanı olmasına rəğmən, Rusiyaya qarşı sanksiyaları artırmadı. O hətta məsələ ilə bağlı narahatlığını ifadə edən tək bir tvit belə atmayıb.
Mark Uorner

Çərşənbə axşamı keçirilən dinləmə zamanı ABŞ-ın hər altı kəşfiyyat idarəsinin rəhbəri eyni mesajı çatdırıb. Onların ABŞ qanunvericilərinə mesajı isə ondan ibarətdir ki, Rusiya Amerika demokratiyasına xələl gətirmək üçün hücuma başlayıb və noyabr ayında keçiriləcək seçkilərə müdaxilə edəcək.

“Biz Amerika xalqını bunun gerçək olduğu və baş verəcəyi ilə bağlı məlumatlandırmalıyıq və onlara bildirməliyik ki, biz dayanıqlı olmalıyıq və Rusiyanın bizə necə səs verməli, ölkəni necə idarə etməli olduğumuzu deməsinə icazə verməməliyik,” deyə Dan Kots söyləyib.

Bir neçə demokrat senator prezident Donald Trampın Rusiyanın seçkiyə müdaxiləsini “uydurma” adlandırmağa davam etməsi və onun 2016-cı il prezident seçkilərinə müdaxiləsi kimi hərəkətlərin qarşısını almaq üçün bir strategiyanın tərtib olunmasını tələb etməməsi ilə bağlı məyusluğunu dilə gətirib.

“Bütün bunlara baxmayaraq, prezident narahatedici bir şəkildə Rusiyanın yaratdığı təhlükəni inkar etməyə davam edir. O imkanı olmasına rəğmən, Rusiyaya qarşı sanksiyaları artırmadı. O hətta məsələ ilə bağlı narahatlığını ifadə edən tək bir tvit belə atmayıb. Fikrimcə bu təhlükəyə qarşı bütün hökümət tədbir görməlidir və bu tədbirləri ən yuxarıdakı rəhbərlik başlatmalıdır,” deyə demokrat senator Mark Uorner bildirib.

Kristofer Rey, Mayk Pompeo və Dan Kots
Kristofer Rey, Mayk Pompeo və Dan Kots

Bir digər demokrat senator Moskvanın Konqresin təsdiq etdiyi sanksiyaların tətbiq olunmamasına reaksiyası barədə sual verib.

CIA direktoru Mayk Pompeo isə cavab olaraq Tramp administrasiyasının Rusiya siyasətini müdafiə edib.

“Biz Rusiyanın bu administrasiyanın Ukraynanı müdafiə silahları ilə təmin etmək və Rusiyanın Suriyadakı səylərinə qarşı çıxmaq qərarına reaksiyasını gördük. Həmçinin Venesuelaya qarşı tətbiq olunan sanksiyalar da birbaşa olaraq Rusiyanın maraqlarına zidd idi. Rusiyalıların bu administrasiyanın qərarlarından aldığı zərbələrin siyahısı çox uzundur,” Pompeo deyib.

ABŞ-ın növbəti konqres və ştat seçkilərinə doqquz aydan az vaxt qalır və hər iki siyasi partiyadan qanunvericilər federal, ştat və yerli rəsmiləri seçkiləri kiber hücumlar və dezinfomasiya kampaniyalarına qarşı qorumağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG