Accessibility links

ABŞ prezidentliyinə namizədlər xarici siyasət mövzusunda nitq söyləyib


Onlar Klintonun Qlobal Təşəbbüsü təşkilatının mərasimdə iştirak edib

ABŞ prezidenti Barak Obama və Amerika prezidentliyinə respublikaçı namizəd Mitt Romni Nyu-York şəhərində keçirilən iki böyük beynəlxalq forumlarda xaric siyasət barədə nitq söyləyib.

Qlobal Təşəbbüs Təşkilatının forumunda Romni inkişaf etməkdə olan ölkələr üçün "Rifah paketi" adlı xüsisi plana malik olduğunu deyib. Plana əsasən ABŞ hökuməti və özəl sektor bu ölkələrin investisiya maneələrini araşdırmalıdır. Maneələri aradan qaldıran ölkələr bazarlarını Amerikaya açmaqla yanaşı, bu ölkədən yardımlar alacaq. Prezidentin respublikaçı rəqibi yardım paketinin inkişaf etməkdə olan öllkələrdə sahibkarlığın inkişafına yardım edəcəyini bildirib.

Konfransda iştirak edən ABŞ prezidenti Barak Obama Yaxın Şərqdə zorakılıq haqqında danışaraq, müasir quldarlıq növü olan insan alveri ilə mübarizəyə çağırıb. Pezident bununla mübarizə məqsədi ilə bir neçə təklif irəli sürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG