Accessibility links

ABŞ Türkiyəni diqqətini İŞİD-ə qarşı mübarizəyə yönəltməyə çağırıb [Video]


ABŞ Türkiyəni diqqətini İŞİD-ə qarşı mübarizəyə yönəltməyə çağırıb
please wait

No media source currently available

0:00 0:01:46 0:00

ABŞ Türkiyəni diqqətini İŞİD-ə qarşı mübarizəyə yönəltməyə çağırıb

ABŞ-ın müdafiə naziri Aş Karter Türkiyəni İslam Dövləti qrupuna qarşı mübarizədə diqqətli olmağa və Suriyada İŞİD-ə qarşı döyüşən ABŞ-ın dəstəklədiyi kürd qüvvələri ilə heç bir qarşıdurmada iştirak etməməyə çağırıb.

Birləşmiş Ştatlar onların İŞİD-ə qarşı fəaliyyətləri və sərhədlə Carablus arasında ərazinin təhlükəsizliyini təmin etmək üçün etdiklkəri bütün səyləri dəstəkləyir.
Aş Karter

ABŞ-ın müttəfiqi olan Türkiyə və ABŞ-ın dəstəklədiyi suriyalı kürd üsyanşıları arasında çıxan qarşıdurma ciddi tənqidlərlə qarşılaşdıqdan sonra Suriyadakı türk qüvvələri sərhəddə yerləşən Carablus şəhərindən qərbə doğru irəliləyir.

“Birləşmiş Ştatlar onların İŞİD-ə qarşı fəaliyyətləri və sərhədlə Carablus arasında ərazinin təhlükəsizliyini təmin etmək üçün etdiklkəri bütün səyləri dəstəkləyir,” deyə müdafiə narizi Aş Karter bildirib.

Carablusun cənubunda olan kürd YPG doyüşçüləri İŞİD-in Suriyada xarici döyüşçülərinin mərkəzi hesab edilən Manbic şəhərindən çıxarılmasına yardım edib. Ancaq indi Türkiyə kürd qüvvələrinin Fərat çayından geri çəkilməsini istəyir, Pentaqon da türkləri inandırmağa çalışır ki, Manbic İŞİD döyüşçülərindən təmizlənəndən sonra onların da əsas planı kürd qüvvələrinin oradan geri çəkilməsindən ibarətdir.

“Manbic əməliyyatından sonra, YPG Fərat çayının şərqindən geri çəkiləcək və artıq çəkilir,” deyə Aş Karter bildirib.

Carablus və Manbic, Suriya
Carablus və Manbic, Suriya

Amerikanın müttəfiqləri arasında toqquşmalar ABŞ-ı narahat vəziyyətdə qoyub. Belə ki ABŞ müttəfiqlərindən heç birinə qarşı çıxmaq istəmir və hər ikisini bir-birlərinə qarşı döyüşləri dayandırmağa və diqqəti İŞİD-ə qarşı mübarizəyə yönəltməyə çağırır.

“Bizim təkəbbürlü olmağımız və İŞİD-in İraq və Suriyada nəzarət etdiyi ərazilərin miqyasını azalda bildiyimiz üçün artıq qələbəyə yaxınlaşdığımızı düşünməyimiz böyük səhv olardı,” deyə Brukinqs İntitutunun təhlilçisi Maykl O’Hanlon bildirib.

ABŞ-ın dəstəklədiyi koalisiya qarşıya terror qrupunun İraqdakı ən böyük istinadgahı olan Mosul şəhəri və İŞİD-in Suriyada özünün paytaxtı elan etdiyi Raqqanı geri almaq kimi məqsəd qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG