Accessibility links

ABŞ və Türkiyə arasındakı diplomatik münasibətlər gərginləşir


ABŞ-ın İstanbul konsulluğunda narahatlığın səviyyəsi artmaqdadır. Viza üçün müraciət edənlərə üzərində telefon nömrəsi qeyd olunmuş kağız verirlər. Həmin nömrəyə zəng edəndə isə heç kəs cavab vermir.

“Mən ABŞ-a səfər etməyi planlaşdırırdım. Hyustonda qohumlarım var. Onlara baş çəkəcəkdim. Yəgin ki, yaranmış vəziyyətə görə planlarımı təxirə salmalı olacam.”

Diplomatik ədavət ABŞ və Türkiyə arasında səfərlərin əksəriyyətinin dayandırılması təhlükəsi yaradıb. Dövlət Departamenti Türkiyənin nə üçün iki səfirlik əməkdaşının saxlanıldığı, üçüncüsünün isə sorğu-sual edildiyini anlamadığını bildirib.

“Mən Türkiyə hökümətinin motivinin nə olduğuna əmin deyiləm. Bu addımlar bizi məyus edib. Təhlükəsizlik məsələlərin yaxından əməkdaşlıq edə biləcəyimiz müttəfiqin olması çox vacibdir. Onlar isə həbslər həyata keçirəndə, bizim insanları saxlayanda bu bizim narahatlığımıza səbəb olur. Ona görə biz bu addımları atmışıq.”

Nauert Türkiyədəki ABŞ səfiri Con Basın bu qərarı təkbaşına vermədiyini və Dövlət Departamenti, Ağ Ev və Milli Təhlükəsizlik Şurası ilə koordinasiya etdyini bildirib.

Türkiyə prezidenti Ərdoğan ABŞ səfirliyinin saxlanılan əməkdaşlarını casusluqda ittiham edib. Ərdoğan ABŞ-ın daha öncə vizaların verilməsinin dayandırılması ilə bağlı bildirişində yazılan sözləri olduğu kimi təkrar edərək Türkiyə vizaları ilə bağlı oxşar sərancam yazıb.

“Mən düşünürəm ki, daxilidə ciddi anti-amerika əhval-ruhiyyəsi var. O da bundan istifadə edir.”

Türkiyəli təhlülçi Ahmet Kasım Han deyir ki, Ərdoğanın başqa seçimi yoxdur:

“Vizaların dayandırılması müttəfiqlərin bir-birinə qarşı edə biləcəkləri ən pis addımdır. Bu kəskin addımdır. Türkiyənin eyni şəkildə cavab verməkdən başqa seçimi yox idi. Burada qeyri-adi heç nə yoxdur.”

İki ölkə arasında yaranmış gərginliyin necə aradan qaldırıla biləcəyi sualına Dövlət Departamenti sözçüsü Nauert deyib ki, Türkiyə ABŞ səfirliyinin saxlanılan iki əməkdaşının vəkillə təmin olunmalarına şərait yaratmaqda başlaya bilər.

XS
SM
MD
LG