Accessibility links

18 yaşlı ABŞ vətəndaşı terrorizmi dəstəkləmək üçün materiallar əldə etmək cəhdində ittiham olunur


ABŞ-ın İllinoys ştatında Çikaqo federal məhkəməsi yeniyetmə gənci terrorizmi dəstəkləmək üçün materiallar əldə etmək cəhdində ittiham edib. İddiaya görə, o, Suriyada Əl-Qaidə ilə əlaqəli qrupa qoşulmağı planlaşdırıb.

Federal Təhqiqatlar Bürosunun əməkdaşları (FBI) 18 yaşlı Abdulla Əhməd Tunisini keçən həftənin cümə günü o, Turkiyəyə getmək üçün təyyarəyə minən zaman həbs edib.

ABŞ vətəndaşı olan Tunisi özünü terrorçuları səfərbər edən şəxs kimi göstərən FBI agenti ilə onlayn təmas qurub.

Federal hakim Tunisini zaminə buraxıb-buraxmayacağı ilə bağlı qərarı gələn həftə verəcək.

İttiham təsdiq olunacağı təqdirdə Tunisi 15 il azadlıqdan məhrum edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG