ABŞ ordusunun cümə günü verdiyini məlumata görə, mərkəzi Yəməndə keçirilən hava hücumları nəticəsinə beş Əl-Qaidə militantı öldürülüb.
Mərkəzi qərargahın yaydığı bəyanatda deyilir ki, 20 noyabr tarixində Yəmənin Bayda vilayətində həyata keçirilən hava hücumları zamanı Əl-Qaidə lideri Mücahid Əl-Adani və onun dörd silahdaşı qətlə yetirilib.
Bəyanatda bildirilir ki, Əl-Adani Yəmən və koalisiya qüvvələrinə qarşı terror hücumlarının hazırlanmasında və icra edilməsində iştirak edib. Əlavə edilir ki, o Əl-Qaidənin Ərəbistan yarımadasındakı fəaliyyətində əhəmiyyətli təsirə malik olub.
Yəməndəki vətəndaş müharibəsi üç ilə yaxındır ki, davam edir. Bu isə Əl-Qaidə və İslam Dövləti ilə əlaqələri olan militant qruplara əməliyyatlarını genişləndirmək imkanı yaradıb.
Münaqişə nəticəsində 10,000-ə yaxın insan həlak olub və milyonlarla insan humanitar yardıma möhtac qalıb.
Bu həftənin əvvəli sabiq Yəmən prezidenti Əli Abdulla Saleh İranın dəstəklədiyi Huti üsyançıları tərəfindən öldürülüb. Bu qətl ölkədə 2014-cü ildən bəri davam edən şiddətin daha da güclənməsinə səbəb olub.