Accessibility links

Mattis ABŞ-ın YPG-yə qarşı yanaşmasının dəyişdiyinə işarə edir


ABŞ müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Suriya siyasətinin hərbi yanaşmadan diplomatik yanaşmaya keçməsinin bir hissəsi olaraq Suriyanın kürd döyüşçülərini silahla təmin etməyə son qoyacağına işarə edib.

Mattisin sözləri ABŞ-ın Suriya müharibəsində mühüm müttəfiqi olan kürd YPG döyüşçüləri ilə əlaqəsinin durumuna aydınlıq gətirməyə yardım edir.

Ötən həftə Türkiyə prezident Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı YPG-ni silahlandırmağa söz verdiyi bildirib.

YPG-ni terror qrupu olaraq görən Ankara ABŞ-ın kürd döyüşçüləri silahlandırmasına qarşı çıxır.

Lakin Ağ Ev telefon danışığından sonra yaydığı bəyanatda daha ehtiyatlı sözləlr işlədib. Bəyanatda bildirilib ki, Tramp prezident ƏrdoğanıABŞ-ın Suriyadakı tərəfdaşlarına hərbi dəstəyə etdiyi dəyişikliklər barədə məlumatlandırıb. “Rəqqa uğrunda döyüş başa çatdığı üçün, biz artıq İŞİD-in geri dönməyəcəyini təmn etmək üçün sabitləşmə mərhələsinə keçirik”, deyə əlavə edilib.

Lakin belə görünür, Mattisin şərhləri ABŞ-ın YPG-yə qarşı duruşunu dəyişəcəyini təsdiq edir.

“Hücum imkanlarına ehtiyac baxımından döyüş artıq başa çatır. Buna görə də, biz qüvvələrimiz tərkibini dəyişib, diplomatlar və Cenevrə Prosesinə dəstək vermələrinə yönəldirik.” Mattis söyləyib.

Mattis deyib ki, İslam Dövləti qrupu məğlub edilib, ABŞ isə hərbi yanaşmadan diplomatik yanaşmaya üz tutacaq. O əlavə edib ki, bu yanaşma həm də ABŞ-ın regiondakı müttəfiqlərinə təsir göstərəcək.

“YPG silahlandıırlıb. Koalisiya hücum əməliyyatlarına son qoyduğu üçün, onların silahlara ehtiyacı qalmayacaq. Onların təhlükəsizliyə, polis qüvvələrinə ehtiyacı var. İŞİD-in geri gəlməməsini təmin etmək yerli qüvvələrin öhdəsindədir.”

ABŞ-ın YPG-ni silahladırmağa son qoyacağı anlamına gəlib-gəlmədiyi barədə suala Mattis: “Biz prezidentin açıqladığı yol ilə irəliləcəyik” deyib.

Mattisin sözləri onun Yaxın Şərqə səfərindən öncəyə təsadüf edib. Orada o, Misir, İordaniya, Küveyt və Pakistana gedəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG