Accessibility links

ABŞ-da seçki müşahidəçilərinin sayı azalır [Video]


ABŞ-da seçki müşahidəçilərinin sayı azalır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

ABŞ-da seçki müşahidəçilərinin sayı azalır

ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Trampın bu həftə seçki saxatkarlığı ilə bağlı şərhləri ABŞ və dünyada bir çox insanı təlaşlandırıb. Azad və ədalətli seçkilər hər zaman Amerika demokratiyasının təməli və dünyadakı bir çox ölkə üçün etalon olub. Ekspertlər ABŞ-da statistik cəhətdən mühüm seçki saxtakarlığının olmadığını desə də, onlar bu ilki seçkinin bir çox səbəbdən qeyri-adi olduğunu və seçki vaxtı bəzi poblemlərin meydana gələ biləcəyini iddia edir.

Mənsub olduğu siyasi partiyadan, mühafizəkar və ya liberal ideologiyaya sahib olmasından asılı olmayaraq, bu məsələlərlə bağlı ciddi araşdırma aparan hər bir ekspert mühüm seçki saxtakarlığının mövcud olmadığını deyə bilər.
Barak Obama

Donald Trampa qarşı bir həftə boyunca davam edən cinsi zorakılıq iddialarının rəy sorğularında ona dəstəyin azalmasına səbəb olmasından sonra Trampın Amerikanın seçki prosesinin saxta olduğuna dair iddiaları artıb.

“Prosess saxtadır. Seçkilər saxtalaşdırılır,” deyə o bildirib.

Onun seçki prosesinə qarşı hücumu Birləşmiş Ştatların prezidenti də daxil olmaqla, həm Respublikaçı, həm də Demokratların qınağına səbəb olub.

“Mənsub olduğu siyasi partiyadan, mühafizəkar və ya liberal ideologiyaya sahib olmasından asılı olmayaraq, bu məsələlərlə bağlı ciddi araşdırma aparan hər bir ekspert mühüm seçki saxtakarlığının mövcud olmadığını deyə bilər,” Obama deyib.

Səsvermə hüquqları üzrə ekspertər seçki prosesinin saxta olmadığı üzərində razılaşsa da, mümkün digər problemlər barədə xəbərdarlıq edir.

Bu, üç il bundan əvvəl Ali Məhkəmənin ləğv etdiyi 1964-cü il Səsvermə Hüquqları Aktının bəzi qoruyucu müddəalarının olmadığı ilk səsvermə olacaq. Bu müddəalardan ən əsası isə Federal Seçki Müşahidəçiləri proqramıdır.

“Son 50 ildə ilk dəfə olaraq bu seçkidə Ədliyyə Nazirliyi ölkənin ən təhlükəyə açıq hissələrinə təlim keçmiş federal müşahidəçiləri göndərməyəcək.”

2012-ci il seçkisi üçün Ədliyyə Nazirliyi 23 ştata 780 müşahidəçi göndərmişdi. Bu il isə sadəcə beş ştatda müşahidəçilər olacaq.

Donlad Tramp
Donlad Tramp

14 ştatda yeni məhdudlaşdırıcı seçici qanunları tətbiq ediləcək və bu ştatların bəzilərində seçici qeydiyyatının xüsusi növləri tələb olunacaq.

Qanunların düzgün qaydada tətbiq edildiyini təmin edən federal müşahidəçilər olmayacağı üçün vətəndaş haqları təşkilatları seçicilərin zəng edə biləcəyi qaynar xətt yaradıblar.

“Hazırda biz seçici qeydiyyat siyahısının təmizlənməsi, seçicilərə müvafiq xəbərdarlıq edilmədən seçki məntəqələrinin dəyişdirilməsi, seçki günü seçicilərin səs vermələrinin qarşısını almaq səyləri kimi problemlərin olmaması üçün seçkini müşahidə edirik.”

Əksər müşahidəçilər bu seçkinin qeyri-adi olduğunu düşünür. Bu qeyri-adilik isə seçki günü səsvermə prosesində də öz əksini tapacaq.

XS
SM
MD
LG