Accessibility links

Martın 14-də ABŞ-da şagirdlər silah zorakılığına qarşı etiraz yürüşü keçirəcək [Video]


Martın 14-də ABŞ-da şagirdlər silah zorakılığına qarşı etiraz yürüşü keçirəcək
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Fevralın 14-də Parkland şəhərində məktəbdə 17 nəfərin ölümü ilə nəticələnən silahlı atışmadan sonra ölkə boyu şagirdlər məktəblərdə silah zorakılığına qarşı etiraz edir. Martın 14-də hadisədən bir ay sonra şagirdlər qanunvericilərə mövqelərini nümayiş etdirmək və qurbanların xatirələrini yad etmək məqsədilə ölkə boyu 17 dəqiqəlik yürüş keçirməyi planlaşdırır.

Bilirsiniz, mən televizorda qarşısı alına bilən bu cür qətliamlar barədə eşindəndə, mənə elə gəlir ki, bu mənim də başıma gələ bilərdi və buna görə də, mən təşəbbüs göstərməliyəm.
Ariel Geismar

Fevral ayında Floridanın Parkland şəhərində baş verən qətliamdan sonra ölkə boyu hərəkat başladı. Həmin qətliam zamanı məktəbin keçmiş şagirdi AR-15 yarı-avtomatik silahdan istifadə edərək 17 nəfəri öldürüb.

Hadisənin birinci ayını qeyd etmək məqsədilə ölkə boyu şagird, tələbə və müəllimlər qurbanların xatirəsini yad etmək və məktəblərdə silah zorakılığı məsələsinə diqqət çəkmək üçün 17 dəqiqəlik yürüşdə iştirak edəcək.

Cümə axşamı Nyu Yorkun meri Bil de Blasio məsələni müzakirə etmək üçün şagirdlərlə görüş keçirib.

Onların bəziləri şagirdlərin fəallığını Milli Tüfəng Assosiasiyasının nəzarət etmədiyi yeni insanların səslərini ucaltmaq yolu olaraq görür.

“Bilirsiniz, mən televizorda qarşısı alına bilən bu cür qətliamlar barədə eşindəndə, mənə elə gəlir ki, bu mənim də başıma gələ bilərdi və buna görə də, mən təşəbbüs göstərməliyəm,” deyə nyu-yorklu şagird Ariel Geismar bildirib.

Digərləri isə məsuliyyətli silah sahibliyinə və konstitusiyaya ikinci düzəlişə dəstəyini ifadə edib.

Silah zorakılığına qarşı etiraz
Silah zorakılığına qarşı etiraz

“Silahlı şəxsin məktəbə nə zamana gələcəyini bilmək mümkün deyil. Amma kimsə buna hazır olmalıdır. Məsələn məktəbin təhlükəsizlik işçisinin silahı olmalıdər və o hərəkətə keçməyə hazır olmalıdır. Belə ki, o, şagirdləri qorumaq üçün həmin silahlı şəxsi vurub və hətta öldürə bilməlidir,” deyə bir digər şagird Daniel Flores söyləyib.

Silahlı şəxsin məktəbə nə zamana gələcəyini bilmək mümkün deyil. Amma kimsə buna hazır olmalıdır.
Daniel Flores

Vaşinqtonda martın 24-ə yürüş planlaşdırılıb. Bir digər yürüş isə aprel 20-nə, 1999-cu ildə Kolorado məktəbində baş verən qətlimanın ildönümünə təyin olunub.

Bəzi məktəb rayonları yürüşləri dəstəkləmədiklərini və yürüşdə iştirak edən şagirdləri cəzalandıracaqlarını bildirib. Digərləri isə yürüşləri dəstəkləyib və hətta bəzi kolleclər tələbələrə deyib ki, onların yürüşdə iştirakı kollecə qəbul təkliflərinə təsir göstərməyəcək.

XS
SM
MD
LG