Accessibility links

ABŞ Baltikyanı dövlətlərlə müdafiə sazişi imzalayıb [Video]


Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşılıq olaraq NATO-nun müdafiəsini gücləndirmək məqs'dilə Baltikyanı dövlətlərdə minlərlə qoşunun yerləşdirilməsini rəsmiləşdirmək üçün Estoniya və Litva ilə əməkdaşlıq sazişləri imzalayıb. Estoniya, Latviya, Litva və Polşaya dörd çoxmillətli batalyon yerləşdirilir.

Hazırda NATO bölünmüş bir təşkilatdır. Bəzi ölkələrdə Amerika qoşunları var, bəzilərində isə yoxdur. Qoşunların yerləşdirilməsinin məqsədi ittifaqın təhlükəsizlik səylərini balanslaşdırmaqdır.
Conatan Eyal

Müdafiə əməkdaşlığına dair razılıqlar Birləşmiş Ştatların Estoniya və Litvadakı qanuni statusunu idarə edəcək. Bu, Soyuq Müharibə bitəndən bəri NATO-nun ən böyük gücləndirmə aktının bir hissəsidir.

Sərhədin digər tərəfində isə bundan daha çox Rusiya qoşunu yerləşdirilib.

“Bu ölkələrdən biri işğal olunduğunda, hər biri eyni aqibəti yaşaya bilər. Ona görə də, bu ölkələrdən hər hansı biri işğal olunsa, bütün NATO ölkələri buna cavab verəcək,” Kral Birləşmiş Xidmətlər İnstitutundan Conatan Eyal deyir.

Birləmiş Ştatlar oraya təxminən 6 min qoşunla birlikdə tanklar, ağır silahlar və təyyarələr göndərir. ABŞ NATO-nun Polşada yerləşirilən batalyonuna başçılıq edəcək.

Lakin ABŞ prezidenti Donald Trampın bu yaxınlarda etdiyi bəzi şəhrlər Avropa müttəfiqlərini narahat edir. Ötən həftə bir qəzetə verdiyi müsahibədə Tramp NATO-nu “köhnəlmiş” adlandırıb. Cəbhə xəttində yerləşən ölkələr də qorxur ki, ABŞ geri çəkilə bilər.

“Hazırda NATO bölünmüş bir təşkilatdır. Bəzi ölkələrdə Amerika qoşunları var, bəzilərində isə yoxdur. Qoşunların yerləşdirilməsinin məqsədi ittifaqın təhlükəsizlik səylərini balanslaşdırmaqdır. Əgər Vaşinqtondan kimsə bu mövqedən geri çəkilsə, bunun ittifaq üçün ciddi nəticələri olacaq,”deyə Conatan Eyal bildirir.

Rusiya Polşa və Litva ilə sərhəd bölüşən Kalininqrad eksklavına minlərlə qoşun və nüvə-imkanlarına sahib İskander raketlərini göndərib. Bu həftə Litva sərhəd zonası boyu hasar inşa etmək planlarını açıqlayıb.

Litvanın daxili işlər naziri Aimutis Misiunas: “Hasar iki metr hündürlüyündə olacaq və hasarın altından və ya üstündən keçidi çətinləşdirmək üçün əlavə maneələr yerləşdiriləcək. Bu cür hasar isə tank və ya digər hərbi avadanlıqların qarşısını ala bilməyəcək.”

İlk məqsəd sərhədin hər an nəzarət olunduğunu təmin etmək və sərhəd zonasının hər bir yerində baş verənləri görə biləcək əsgərlər yerləşdirməkdir.
Linas Kojala

Vilnüsda yerləşən Şərqi Avropa Araşdırma Mərkəzindən Linas Kojala deyir ki, bunun əvəzinə hasar başqa qanunsuz fəaliyyətləri aşkar etmək üçün dizayn edilib.

Şərqi Avropa Araşdırma Mərkəzindən Linas Kojala: “İlk məqsəd sərhədin hər an nəzarət olunduğunu təmin etmək və sərhəd zonasının hər bir yerində baş verənləri görə biləcək əsgərlər yerləşdirməkdir. Orada Rusiya Ukrayna və hətta Estoniya kimi qonşu ölkələrdə müşahidə etdiyimiz kimi hibrid fəaliyyətlər və qaçaqçılıqla məşğul ola bilər."

Estoniya iddia edir ki, 2014-cü ild' sərhədlər arası reyd zmaanı Rusiya Estoniya ərazisindən bir sərhəd keçikçisini oğurlayıb. Moskva isə keçikçinin sərhədin Rusiya tərəfində olduğunu iddia edir.

NATO üzvləri Rusiyanın, Baltikyanı ölkələrə yeni qoşunların yerləşdirilməsindən sonra buna bənzər, belə desək, “hibrid taktika”larına cəhd edə biləcəyindən narahatdır.

XS
SM
MD
LG