Accessibility links

ABŞ-da isti hava şəraiti davam edəcək


Sinoptiklərin məlumatına görə, Birləşmiş Ştatların şərqındə rekord həddə çatan isti hava şəraiti həftə boyu davam edəcək.

Cumə günü gecə saatlarında baş verən şiddətli qasırğa bölgədə yaşayan iki miliyondan artıq insan üçün hava şəraitini daha da dözülməz edib.
40 dərəcədən artıq isti hava şəraitində evlərin çoxunda soyuducu və kondisionerlər çalışmır.

Kommunal şirkətlər xəbərdarlıq edir ki, bəzi yerlərdə elektrik problemini həll etmək həftə boyu vaxt aparacaq.

Qasırğa və isti hava şəraitinə görə indiyə qədər ən az 20 nəfərin öldüyü bildirilir. Bununla yanaşı yaşlı və xəstə insanların vəziyyəti narahatlıq doğurur.

Paytaxt Vaşinqton da daxil olmaqla, Merilend, Ohayo, Virciniya və Qərbi Virciniya ştatlarında fövqəlada vəziyyət elan edilib.

ABŞ-ın mərkəzi ştatlarında şiddətli istilərin əkin sahələrində məhsula təsir göstərəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG