Accessibility links

Barak Obama Aung San Suu Kyi ilə görüşüb


ABŞ prezidenti Barak Obama Ağ Evdə Myanmar kimi də tanınan Birmanın de fakto rəhbəri Aung San Suu Kyi ilə danışıqlardan sonra Birləşmiş Ştatların o ölkəyə qarşı tətbiq edilən iqtisadi sansksiyaları aradan qaldırmağa hazır olduğunu deyib.

“Birləşmiş Ştatlar artıq bir müddətdir Birmaya qarşı tətbiq etdiyi sanskiyaları aradan qaldırmağa hazırdır,” deyə o bildirib.

Bundan öncə Obama Konqresə ABŞ-ın 20 il öncə ölkədəki insan haqları pozuntuları səbəbilə Birmanın dayandırılan ticari imtiyazların bərpadına dair məktub yollayıb.

Ağ Evdə Barak Obama ilə görüşən Aung San Suu Kyi ölkəsinin iqtisadiyyatına təsir göstərən bütün sanksiyaların aradan qaldırlmasına çağırıb və bildirib ki, Myanmar demokratiyaya keçid yolunda irəliləyiş əldə etsə də, hələ “görüləsi çox iş var.”

O, Myanmardakı 135 etnik qrup arasında gərginliyin davam etdiyini etiraf edib və administrasiyasının diqqətini Rakhayn ştatındakı vəziyyətiə yönəltdiyini bildirərək “icma daxilində nifaq bizim əhəmiyyət verməyəcəyimiz bir məsələ deyil” deyib.

Bu, Aung San Suu Kyinin dövlət müşaviri və xarici işlər naziri kimi ABŞ-a ilk səfəridir. O, bu vəzifənin icrasına partiyasının noyabr ayında keçirilən seçkilərdəki qələbəsindən sonra başlayıb. Ölkənin hərbi dövründən qalan konstitusiyasına əsasən mərhum həyat yoldaşı və övladları xarici vətəndaş olduğu üçün, o, prezident tituluna sahib ola bilməz.

Sanksiyalar

Aung San Suu Kyi 20 il əvvəl Birmada ev dustaqlığında qalıb. Onun Barak Obama ilə görüşü isə bir daha göstərir ki, o, Myanmarın de fakto sivil rəhbəridir.

Mart ayının sonunda vəzifəsinin icrasına başlayanadan bəri o, bütün sanksiyaların aradan qaldırılmasına çağırmayıb, çünki sanksiyalar ordunu daha çox demokratik silahatlara icazə verməyə təşviq edən imkan kimi qiymətləndirilir.

Çərşənbə axşamı Myanmarla bağlı konfransda Obamanın milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib ki, Ağ Ev ABŞ-ın sanksiyalarının Myanmar xalqına yardım edəcək iqtisadi sərmayeyə mane olmadığından əmin olmaq istəyir. “Hökümətin bununla bağlı fikri bizim üçün çox mühümdür,” deyə Rods bildirib.

Çərşənbə axşamı Dövlət Departamentinin gündəlik brifinqi zamanı departamentin sözçüsünün müavini Mark Toner müxbirlərə deyib ki, sanksiyalar hər zaman demokratik tərəqqiyə cavab olaraq aradan qaldırılır.

Bir çox problemi olan ölkə

Son 20 il ərzində Ağ Ev və Konqres Birmaya qarşı uzun siyahından ibarət sanksiyalar tətbiq edib. Buna qiymətli daşlar, silah və qeyri-qanuni narkotik maddələrin satışı ilə məşğul olan bizneslərə qarşı sanksiyalar da daxildir.

Obama bəzi sanksiyaları 2013-cü ildə yüngülləşdirib və nəticədə Coca Cola və General Motors kimi ABŞ-ın bir neçə böyük şirkəti Myanmar iqtisadiyyatına daxil olub.

Dostluq münasibətlərinin təzələnməsi

Myanmar və ABŞ arasında daha yaxın əlaqələr Obamanın xarici siyasət uğurlarından biri hesab edilir.

Birma üzrə ekspert və Brukinqs İnstitutunun əməkdaşı Lex Rieffel Amerikanın Səsinə deyib ki, əgər Aung San Suu Kyi demokratiyaya keçiddə müvəffəq və Birmanın 60 il davam edən vətəndaş müharibəsindən sonra ölkədə sülh yaratmağa nail olsa, bu, uzun və həll edilməyən münaqişələri olan ölkələr üçün ilham mənbəyi ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG