Accessibility links

ABŞ-ın Rusiyadakı səfirliyi regionlarda vizaların verilməsi prosesinin bərpa ediləcəyini bildirir


ABŞ-ın Rusiyanın üç şəhərində yerləşən konsulluqları gələn həftədən qeyri-mühacir vizalarının verilməsi üçün ərizəçilərlə müsahibələri bərpa edəcək.

Rusiyalılara qeyri-immiqrant vizalarının verilməsi, dörd ay bundan əvvəl Moskvanın Rusiyadakı ABŞ diplomatik missiyasının heyətini kəskin ixtisar etmək qərarına cavab olaraq dayandırlmışdı.

ABŞ-ın Rusiyadakı səfirliyinin 4 dekabr tarixli bəyanatında deyilir ki, Sankt Peterburq, Yekaterinburq və Vladivostok şəhərlərindəki konsulluqlarda dekabrın 11-dən etibarən “məhdud qaydada qeyri-immiqrant vizalarının verilməsi üçün müsahibələr bərpa olunacaq”.

Bəyanatda deyilir ki, səfir Jon Hantsman rusiyalıların Birləşmiş Ştatlara səfər etməsini, “mədəniyyətimizi öz gözləri ilə görməsini, universitetlətrimizdə oxumasını və ABŞ şirkətləri ilə biznes etməsini istəyir”.

Məhdud qaydada qeyri-immiqrant vizalarının verilməsi üçün müsahibələr bərpa olunacaq.

Bəyanatda daha sonra bildirilir: “Odur ki, biz bu məhdudlaşdırlmış əməliyyatı bərpa etmək qərarına gəlmişik. Biz inanırıq ki, adamlar arasında üzbəüz ünsiyyət və ABŞ-Rusiya biznes bağları ikitərəfli münasibətlərin bel sütunudur”.

Bununla belə, səfirlik bəyan edir ki, vizaların verilməsi Rusiya Federasiyasının əsassız olaraq ABŞ missiyasının ixtisarına göstəriş verməsindən əvvəlki səviyyəyə qayıtmayacaq.

Səfirlik viza verilməsi əməliyyatlarının məhdudlaşdırılmasını məhz diplomatik heyətin ixtisarı ilə izah edir və bildirir ki, “bunlar Rusiyanın qərarından doğan xoşagəlməz nəticədir”.

Birləşmiş Ştatlar Rusiyada qeyri-mühacir vizalarının verilməsini avqustun 23-dən dayandırmışdı.

ABŞ Konqresi Rusiya üzərinə yeni sanksiyalar qoyan və prezident Trampın bu sanksiyaları birtərəfli qaydada qaldırmasını mümkünsüz edən qanunu qəbul etdikdən sonra, iyulun 28-də Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, ABŞ sentyabrın 1-dək özünün Rusiyadakı diplomatik heyətinin sayını 755 nəfər azaltmalıdır.

XS
SM
MD
LG