Accessibility links

ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı ilk ittihamları gözləyirlər


ABŞ-ın kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, federal münsiflər məhkəməsi Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatın gedişində ilk ittihamları təsdiq edib. Vaşinqtonda ilk ittihamların açıqlanması gözlənilən vaxt prezident Tramp təhqiqatları “ifritə ovu” adlandırmağa davam edib.

"Bütün bu “Rusiya” söhbəti respublikaçıların tarixi Vergi İxtisarları və İslahatlarına təkan verdyi bir vaxt baş verir. Bu təsadüfdürmü? XEYR!", Tramp Twitter səhifəsində yazıb.

Birləşmiş Ştatların kəşfiyyat agentlikləri yanvar ayında Rusiyanın prezident Donald Trampın demokrat namizəd Hillari Klintonu məğlub etməsinə kömək məqsədilə seçkilərə müdaxilə etdiyi haqda nəticə çıxarıb. Kəşfiyyat orqanları Rusiyanın Demokrat partiyasının emaillərinin hakerlər tərəfindən müdaxiləsi nəticəsində ictimaiyyətə açıqlanması və Hillari Klintonun kampaniyasının gözdən salınması məqsədilə sosial mediada təbliğat kampaniyası apardığını bildirib.

Federal Təhqiqatlar Bürosunun (The Federal Bureau of Investigation-FBI-red.) keçmiş direktoru Robert Müller Trampın kampaniya rəsmilərinin Rusiya ilə əlaqələri olub-olmadığını araşdırmaq üçün xüsusi prokuror təyin edilib.

Müllerin təhqiqatı ilə tanış olan şəxslərin bildirdiyinə görə, o, Trampın yardımçıları və xarici hökumətlər arasında əlaqələri araşdırmaq üçün ona verilmiş geniş səlahiyyətlərdən istifadə edib.

Keçən il noyabr ayında prezident seçilmiş respublikaçı Tramp onun kampaniyasının Rusiya ilə əlaqələrinə dair iddiaları rədd edib və təhqiqatı “ifritə ovu adlandırıb”.

Kreml də öz növbəsində bu iddiaları rədd edib.

Müllerin təhqiqatı Trampın özü, ya da onun yardımçılarından hər hansı birinin ədalətin qarşısını almağa çalışıb-çalışmadığını müəyyən etmək səylərini də əhatə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG