Accessibility links

ABŞ seçki məntəqələrinin təhlükəsizliyinin əhəmiyyətini vurğulayır


ABŞ-ın Daxili Təhlükəsizlik naziri Ceh Conson

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi ölkənin seçki infrastrukturunun əhəmiyyətini vurğulayaraq, hökumətin səsvermə maşınlarının kiber hücumlardan müdafiə olunması üçün imkanlarını genişləndirir.

Daxili Təhlükəsizlik naziri Ceh Consonun açıqladığı bəyanatda qeyd edilən bu qərar 2016-cı il prezident seçkilərində hakerlikdə bağlı narahatlıqlardan sonra verilib.

ABŞ rəsmiləri hakerlərin ölkənin 20 ştatında seçki zamanı seçicilərin qeydiyyatı sisteminin hədəf alındığını müəyyən edib. Lakin noyabrın 8-də səsvermə zamanı bülletenlərin dəyişdirildiyinə dair heç bir dəlil aşkar edilməyib.

Seçki sisteminin mühüm infrastruktur səviyyəsində göstərilməsi bu sektorun kiber hücumlardan müdafiə olunmaq üçün Daxili Təhlükəsizlik nazirliyindən yardım almasını şərtləndirir. Bu yardımı alan başqa sektorlara kommunikasiya və nəqliyyat şəbəkələri, bank sənayesi və energetika sistemi daxildir.

Seçki sisteminin mühüm infrastruktur səviyyəsində göstərilməsi bu sektorun kiber hücumlardan müdafiə olunmaq üçün Daxili Təhlükəsizlik nazirliyindən yardım almasını şərtləndirir.

Daxili Təhlükəsizlik naziri Ceh Conson bildirib ki, seçki infrastrukturuna səsvermə məntəqələri, mərkəzləşdirilmiş səsvermə cədvəllərinin mövcud olduğu yerlər, secirilərin qeydiyyatdan keçdiyi məlumat bazaları və səsvermə maşınlarını daxildir.

Nazirin sözlərinə əsasən, o və onun köməkçiləri ştat və yerli seçki rəsmilərilə məsləhətləşmələr aparıb və o çoxlarının bunun əleyhinə olduğunu başa düşür. Corciya kimi bəzi mühafizəkar ştatlar prezident seçki kampaniyası zamanı bu fikrə qarşı çıxaraq, seçkilərə tarixən yerli rəsmilərin nəzarət etdiyini bildirib.

Consonun bəyanatında deyilir ki, yeni klassifikasiya ölkənin seçki sisteminə federal hökumət tərəfindən müdaxilə, ya da nəzarət demək deyil. "Bununla ştat və yerli hökumətlərin seçkilərin hazırlanması və keçirilməsində roluna heç bir dəyişiklik edilmir"-deyə Ceh Conson bəyanatda bildirib.

XS
SM
MD
LG