Accessibility links

ABŞ Suriya diplomatını ölkədən çıxarıb



ABŞ Dövlət Departamenti prezident Bəşar Əl-Əsəd hökumətinin göndərdiyi Suriya diplomatının Birləşmiş Ştatlara buraxmayaraq, onun Vaşinqtondakı Suriya səfirliyinə gəlməsinə imkan verməyib.

ABŞ-ın yüksək səviyyəli rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, Suriya rejiminin öz xalqına qarşı hücumları davam etdirdiyini nəzərə alaraq, Birləşmiş Ştatlar Suriyanın Vaşinqtondakı səfirliyində qalan az sayda diplomatın da ölkəyə daxil olmasına məhdudiyyətlər qoyur.

Amerika mediası diplomat Əli Dağmanın Vaşinqton yaxınlığındakı Dallas hava limanında Suriyaya deportasiya edilməyini gözlədiyi haqda məlumat verib. ABŞ rəsmiləri onun vizası ləğv edildikdə sonra səhvən yeni viza almasından sonra cümə axşamı Vaşinqtona gəldiyini bildirib.

ABŞ Konqresinin üzvləri və Suriyanın mühacirətdə olan müxalifət nümayəndələri diplomata yenidən viza verilməsini qəzəb hissi ilə qarşılayaraq, bunun Obama administrasiyasının prezident Əsəd hökumətinin hakimiyyətdən getməli olduğuna dair verdiyi bəyanatların ciddi olmadığı haqda təsəvvür yaratdığını deyiblər.

Suriyanın Vaşinqtonda səfiri yoxdur, səfirlikdə bir neçə adam çalışır. Birləşmiş Ştatlar Dəməşqdə öz səfirliyini bağlayıb.
XS
SM
MD
LG