Accessibility links

ABŞ, Yaponiya və 10 Sakit okeanı ölkəsi ticarətə dair mühüm saziş imzalayıb


Birləşmiş Ştatlar, Yaponiya və Sakit okeanı hövzəsinin 10 ölkəsi bazar ertəsi ticarətə dair əhatəli sazişə imza atıb. Saziş ticarət məhdudiyyətlərinin aradan qaldırılması və dünya iqtisadiyyatının 40 faizini təşkil edən ölkələr üçün yeni kommersiya qanunlarını nəzərdə tutur.

Trans-Sakit okeanı Tərəfdaşlığının yaradılmasına dair razılaşma ABŞ-ın Corciya ştatında Atlanta şəhərində əldə edilib. Bu, kənd təsərrüfatı və süd məhsulları, yeni avtomobillər, son texnololoji avadanlıqlar, yeni dərman preparatları və bir sıra başqa məhsullar, eləcə də ətraf mühit və əmək normativlərinə qoyulan ticarət məhdudiyyətləri ilə bağlı yeddi ildir aparılan danışıqların kulminasiyası hesab edilir.

Sazişin qüvvəyə minməsi üçün sənəd 12 üzvdən ibarət bloka daxil olan ölkələrin qanunverici orqanları tərəfindən təsdiq edilməlidir. Bu ölkələrin bəzisində sənaye sahələrində öz məhsullarının xarici idxaldan qorunması və ya başqa ölkələrlə ticarət üçün ixracat imkanlarının açılması üçün fəalliyyət göstərilib.

Sazişin əldə edilməsi ABŞ prezidenti Barak Obama üçün xarici siyasət sahəsində böyük uğur hesab edilir. Konqresin sazişi təsdiq edəcəyi hələ aydın deyil, qanunvericilərin sənədi gələn ilə qədər nəzərdən keçirəcəyi gözlənilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG