Accessibility links

Bayden: ABŞ Rusiyanın təcavüzü qarşısında Ukrayna ilə bir dayanır


Birləşmiş Ştatlar Rusiyanın Avropanın təhlükəsizliyi üçün narahatlıq doğuran təcavüzünə qarşı mübarizədə Ukrayna ilə bir dayanacaq.

Bu gün Vaşinqtonda yerləşən Brukinqs institutunda (Brookings Institution) danışan ABŞ-ın vitse prezidenti Co Bayden deyib ki, Ukraynaya dəstək ölkənin gələcəyi, Avropada təhlükəsizlik və beynəlxalq nizamın gələcəyi üçün əhəmyyət daşıyır.

“Ukrayna liderləri islahatlara sadiq qalmağa davam etdikcə ABŞ onlarla bir dayanmağa davam edəcək”-deyə Co Bayden bildirib. O əlavə edib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Minsk razılaşmasına tam əməl edilənə qədər qüvvədə qalacaq.

ABŞ-ın vitse-prezidenti deyib ki, Birləşmiş Ştatlar Rusiya təcavüzü nəticəsində yaranmış humanitar faciədə yardım məsələsinə diqqət yönəldəcək.

Vitse-prezident Co Bayden ABŞ-ın mövqeyini daha sərt şəkildə bildirərək, “Rusiya Avropa qonşularını zəiflətmək və öz hegemon mövqeyini gücləndirmək istəyir” deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG