Accessibility links

Dünya əhalisinin üçdə birini kök və ya artıq çəkiyə malik olan insanlar təşkil edir


Dünya əhalisinin təqribən üçdə birini kök və ya artıq çəkiyə malik olanlar təşkil edir.

Bu səbəbdən ölənlərin sayının artması ictimai səhiyyə böhranı adlandırılır.

2015-ci ildə ağır çəkinin yol açdığı ürək-damar, diabet və xərçəng kimi xəstəliklər səbəbi ilə 4 milyon insan həyatını itirib.

Çəki artımına məhəl qoymayanlar öz həyatlarını risk altına alırlar

Son araşdırmalara görə, 1990-cı illə müqayisədə bu ölüm göstəricisi 28 faiz artıb.

"Çəki artımına məhəl qoymayanlar öz həyatlarını risk altına alırlar " - deyə, araşdırmalrın rəhbəri Kristofer Murrey bildirib.

2015-ci ildə 2.2 milyard insan, yəni dünya əhalisinin 30 faizi köklük problemi ilə üzləşib.

Bu isə 108 milyon uşaq və 600 milyon yetkin insan deməkdir.

195 ölkədə aparılan araşdırmaların nəticələrinə görə, ümümi ölüm hallarına 60 faizinə köklük səbəbi ilə yaranan xəstəliklər yol açır.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 1980-ci ildən bəri ağır çəki problemi iki dəfə artıb.

Əlcəzair, Türkiyə və İordaniya da daxil edilməklə, bir çox ölkədə uşaqlar arasında köklük yetkinlərdən daha çox müşahidə edilir.

BMT isə hər gecə dünyada 300 milyonu uşaq olmaqla, 800 milyon insan yatağa ac girdiyini bildirir.

Ekspertlər ağır çəkiyə görə qeyri-normal pəhrizi və oturaq həyat tərzini birnömrəli səbəb kimi göstərir.

Urbanizasiya və iqtisadi inkişaf yoxsul ölkələrdə də çəki artıqlığına şərait yaradır.

Meksika, Braziliya, Çin, Cənubi Koreya və Britaniya alimləri dondurma, çipslər, şokolad kimi prosesdən keçmiş ərzaq məhsullarının qiymətinin azaldığını, lakin təzə meyvə və tərəvəzin dəyərinin qalxdığını deyir.

XS
SM
MD
LG