Accessibility links

Adel Səfər Suriyanın baş naziri təyin edilib


Adel Səfər Suriyanın baş naziri təyin edilib
Adel Səfər Suriyanın baş naziri təyin edilib

Suriya prezidenti Bəşar Əl-Əsəd sabiq kənd təsərrüfatı naziri Adel Səfəri ölkənin yeni baş naziri təyin edərək, ondan hökumətin təşkilini tələb edib. Bəs partiyasının üzvü Səfərin kabineti bu həftə təşkil edəcəyi gözlənilir.

Prezidentin təyinatı sabiq baş nazirin hökumət əleyhinə nümayişlərin ardınca istefa verməsindən sonraya təsadüf edir. Bəşar Əl-Əsəd 50 illik fövqəladə vəziyyətin ləğvinin araşdırılması məqsədi ilə komitə təsis edib. Dövlətin nəzarəti altında olan xəbər agentliyinin bildirdiyinə görə, hüquq ekspertlərindən təşkil edilən komitə anti-terrorizm qanunu hazırlamalı və aprel ayının 25-dək araşdırmaları başa çatdırmalıdır.

Bəşar Əl-Əsəd bundan əlavə mülki əhali və ordunun verdiyi tələfatın araşdırılması üçün ədliyyə komitəsinin yaradılmasına göstəriş verib. Human Rights Watch-un təxminlərinə görə, hökumət əleyhinə nümayişlər zamanı 61 adam həlak olub.

Bu gün Syriyanın Douma şəhərinə çümə günü nümayişləri zamanı öldürülənlərin dəfn mərasiminə minlərlə insan toplaşıb.

XS
SM
MD
LG