Accessibility links

Taliban tərəfindən oğurlanan iki xarici vətəndaşın videosu yayılıb


Əfqanıstanda Taliban militant qrupu beş ay əvvəl Kabildə silah gücünə oğurlanan biri amerikalı, digəri isə avstraliyalı olan iki xarici vətəndaşın nümayiş etdirildiyi videonu yayıb.

Video görüntüdə Kevin Kinq və Timoti Con Viksinin azad edilmələri üçün Talibanla danışıqlar aparması üçün ABŞ-a müraciət etdiyi göstərilir.

Oğurlanmazdan əvvəl onlar Kabil şəhərində Əfqanıstan-Amerika Universitetində dərs deyirdi.

Amerika qüvvələri hadisədən bir neçə gün sonra onları azad etməyə cəhd göstərib. Lakin oğurlanan şəxslərin Əfqanıstanın Nangarhar vilayətində hərbi reydin keçirildiyi yerdə olmamalarına görə onları xilas etmək mümkün olmayıb.

XS
SM
MD
LG