Accessibility links

Taliban Əfqanıstan hərbi qüvvələrini hədəf almaqda davam edir


Əfqanıstan rəsmiləri paytaxt Kabildə azı 4 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən intiharçı hücumunda Talibanı günahlandırır.

Bazar ertəsi axşam saatlarında həyata keçirilən hücum Talibanın ölkənin demək olar ki, yarısında hər gün Əfqanıstan hərbi qüvvələrinə qarşı hücumlarından sonuncusudur.

Paytaxt Kabildə hücumun baş verdiyi ərazidəki yollar təhlükəsizlik qüvvələri tərəfindən səhərə qədər bağlanıb.

Birləşmiş Ştatların 17 ildir davam edən müharibəyə son qoyulması ilə bağlı səylərinə baxmayaraq, ölkədə zorakılıqlar davam etməkdədir.

Talibanın sözçüsü Zabiulla Mücahid digər dörd nəfərin də Əfqanıstan qüvvələri ilə qarşıdurmada iştirak etdiyini bildirsə də, onların taleyi ilə bağlı heç nə deməyib.

XS
SM
MD
LG