Əfqanıstan rəsmiləri yol kənarında yerləşdirilmiş bomba partlayışları nəticəsində 15 nəfərin həlak olduğunu bildirir. Bağlan vilayətində yol kənarında yerləşdirilmiş bomba partlayışı bir ailənin 9 üzvünün həlak olması ilə nəticələnib. HƏlmənd vilayətində bomba partlayışı altı nəfərin ölümünə, üç nəfərin yaralanmasına səbəb olub. Helmənd NATO və əfqan qüvvələrinin Taliban üsyançılarına qarşı hərbi kampaniyanın mərkəzidir. NATO Kunar vilayətində 24 saat ərzində keçirilən hava hücumu nəticəsində çox sayda üsyançının qətlə yetirildiyini bildirir.