Bu gün əfqan hərbiçilərinin olduğu avtobusa qarşı intiharçı hücumu 5 əsgərin ölümünə səbəb olub. Rəsmilər bomba partlayarkən intiharçının ayaq üstündə olduğunu deyib.
Talibanın məsuliyyətini üzərinə götürdüyü hücum zamanı mülki vətəndaşlar da daxil edilməklə, 10 nəfər yaralanıb.
Daha sonra Kabildəki Fransa Mədəniyyət Mərkəzinə qarşı kamikadze hücumu nəticəsində bir nəfər həlak olub.
Kabildə yaraqlılar Əfqanıstanın təhlükəsizlik və xarici hərbi qüvvələr, eləcə də diplomatlara qarşı hücumlarını artırıb.
NATO hərbi qüvvələri 13 ildən sonra Əgqanıstandakı missiyasını başa çatdıraraq, yanvar ayından yeni missiyaya-əfqan ordusuna təlimlərə və məsləhətlərə başlayacaq.