Accessibility links

Əfqanıstanın Helmənd vilayətində hücum zamanı 15 mülki vətəndaş həlak olub


Əfqanıstanın yol nəqliyyatı işçiləri Qəndəharda intihar hücumundan sonra bomba yerləşdirilmiş avtomobili yoxlayır.
Əfqanıstanın yol nəqliyyatı işçiləri Qəndəharda intihar hücumundan sonra bomba yerləşdirilmiş avtomobili yoxlayır.

Ölkənin cənub və şimal bölgələrində həmçinin polis və əsgərləri hədəf alan intihar hücumları həyata keçirilib

Rəsmilər Əfqanıstanda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində ölkənin cənubunda Helmənd vilayətində 15 mülki vətəndaşın həlak olduğunu bildirirlər. Vilayət rəsmiləri hücumun məsuliyyətini Talibanın üzərinə atır. Bununla yanaşı, polis və əsgərləri hədəf alan iki intihar hücumu həyata keçirilib. Əfqan rəsmiləri ölkənin şimalında Kunduz vilayətində ordu konvoyu və cənubda Qəndəharda polis qərargahına hücumlar zamanı beş əsgərin, dörd zabitin və bəzi mülki vətəndaşların xəsarət aldığını bildirir. Taliban Kunduz vilayətindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG