Accessibility links

Heratda İran əleyhinə nümayişlər keçirilib


Heratda İran əleyhinə nümayişlər keçirilib
Heratda İran əleyhinə nümayişlər keçirilib

Əfqanıstanda Herat şəhərində yüzlərlə adam İran əleyhinə nümayişdə iştirak edib. Nümayiş iştirakçıları İrandan Əfqanıstana göndərilən yanacağın həcminin azaldılması və bu yaxınlarda əfqan vətəndaşlarının edam olunmasına etiraz ediblər. Heratda İran konsulluğunun qarşısında keçirilən aksiya zamanı etirazçılar İran əleyhinə şüarlar bağırıblar. Yeni aksiyalar keçən həftə paytaxt Kabildə keçirilib. İran keçən ay Əfqanıstana yanacaq çatdıran tankerlərin sayını azaldaraq, sərhəddə 2000 tankeri saxlamışdır. Əfqanıstanın maliyyə nazirliyi bildirir ki, İran hazırda gündə 40 tankerin keçməsinə icazə verir.

XS
SM
MD
LG