Accessibility links

ABŞ ilin sonunadək bütün qoşunlarını Əfqanıstandan çıxara bilər


ABŞ prezidenti Barak Obama Pentaqona Əfqanıstanla ABŞ arasında ikitərəfli təhlükəsizlik müqaviləsi imzalanmadığı təqdirdə ilin sonunadək bütün ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına hazırlıq əmri verib.

Ağ Ev sözçüsü Cey Karney bildirib ki, prezident Əfqanıstanın dövlət başçısı Həmid Karzaya ikitərəfli təhlükəsizlik müqaviləsini imzalanması üçün bu ilin sonunadək açıq saxlayacağını deyib.

İkitərəfli təhlükəsizlik müqaviləsi imzalansa təxminən 10 min ABŞ əsgəri Əfqanıstanda 10 il ərzində dəstək qismində fəaliyyət göstərəcək.

Həmid Karzay ölkəsində ABŞ hərbi taktikalarına, əsasən də əfqanların evlərinə reydlərə görə narazılığını bildirib və müqaviləni imzalamazdan əvvəl Taliban yaraqlıları ilə dialoqa dair təminat istədiyini deyib.
XS
SM
MD
LG