Accessibility links

Əfqanıstanda NATO-nun hücumları zamanı 9 mülki vətəndaş həlak olub


Əfqanıstanın vilayət rəsmilərinin bildirdiyinə görə, NATO-nun hava hücumları zamanı 9 mülki vətəndaş həlak olub. Hadisə NATO tərəfindən inkar edilir.

Kunar vilayətinin polis idarəsinin rəisi Əbdel Həbib Sayed Xəlili deyib ki, ölənlər arasında qadın və uşaqlar var.

Vatapur vilayətinin rəsmisi Zalmay Yusifi isə 15 nəfərin həlak olduğunu deyib. NATO isə mülki əhalinin tələfatına dair heç bir sübut olmadığını bildirir.

Bu arada, Taliban yaraqlılarının hücumu nəticəsində 4 əfqan kəşfiyyat işçisi həlak olub.

Rəsmilərin bildirdiyinə görə, bu gün 6 intihatçı Vardak vilayətinin paytaxtı Meydan Şəhrdəki binaya hücum edib. Nəticədə 4 gözətçi əsgər və 5 hücumçu həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG