Accessibility links

Yeni araşdırma Pakistan kəşfiyyatı ilə Taliban arasında əlaqələrin olduğunu göstərir


Yeni araşdırma Pakistan kəşfiyyatı ilə Taliban arasında əlaqələrin olduğunu göstərir
Yeni araşdırma Pakistan kəşfiyyatı ilə Taliban arasında əlaqələrin olduğunu göstərir

Hesabatda deyilir ki, Əfqanıstan hökuməti və NATO-nun başçılığı ilə qüvvələrin ölkədə üsyançı hərəkata son qoymaq səyləri yalnız Pakistanın dəstəyi ilə mümkün ola bilər

Britaniya universitetinin açıqladığı yeni hesabatda deyilir ki, Pakistanın kəşfiyyat xidməti ilə Əfqanıstanda Taliban arasında birbaşa əlaqə olduğuna dair açıq dəlil var.

London İqtisadiyyat məktəbinin hesabatında Pakistanın kəşfiyyat agentliyinin Əfqanıstanda Taliban döyüşçülərinə nəinki maliyyə yardımı və təlim verdiyi, habelə hərəkatın rəhbər şurasında təmsil olunduğu deyilir.

Paksitanın hərbi rəsmisi bu iddiaların qərəzli və əsassıs olduğunu deyərək rədd edib.

Tədqiqat Talibanın Əfqanıstanda hərbi komandirləri ilə bu il keçirilmiş müsahibələrə əsasən hazırlanıb. Komandirlərin çoxu deyib ki, kəşfiyyat agentliyi Talibanın ali şurasında təmsil edilir.

Hesabatda deyilir ki, Əfqanıstan hökuməti və NATO-nun başçılığı ilə qüvvələrin ölkədə üsyançı hərəkata son qoymaq səyləri yalnız Pakistanın dəstəyi ilə mümkün ola bilər.

XS
SM
MD
LG