Accessibility links

Əfqanıstandan qaçanların sayı artır


Əfqanıstandan qaçanların sayı artır
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Əfqanıstandan qaçanların sayı artır

Avstraliyada yeni həyat sorağı ilə əfqan qaçqınlar əvvəlcə İndoneziyaya üz tutur. Ötən il Kanberranın səlahiyyətli nümayəndələri sığınacaq almaq istəyənlərin sayının 3 dəfə artdığını bildirir. Onların böyük əksəriyyətini əfqanlar təşkil edir.

Qaçqınların çoxu gənc, savadlı və təcrübəli insanlardır. Onlardan biri üzünün göstərilməsini istəməyən Nəcibulladır.“Mən Avstraliyaya getmək istəyirəm. Orada dostlarım, sinif yoldaşlarım var. Onlar orada həm işləyir, həm də oxuyurlar.”

Bu yolçuluq qaçqınlara 20 min dollara başa gəlir. Lakin çoxları təhlükəli qayıqlarla yola düşür. Hər il yüzlərlə insan bu yolçuluqda boğulur.

Suların təhlükəsinə baxmayaraq, xarici qüvvələr ölkəni tərk etməyə başladıqda fqanların bəzisi qaçmağı düşünür.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin İnterpol şöbəsinin müdiri Aminulla Amarxil: “Bir çox əfqan xarici qüvvələrlə işləyir. Onlar ingiliscə rahat danışır, kompüterdə işləyir. NATO qüvvələrinin ölkəni tərk etməsi ilə onları işsizlik gözləmir. Lakin GHT-lər və hərbi qüvvələrlə çalışanlar təhlükə ilə üzləşəcəklərindən qorxur.”

3 ay əvvəl Məhəmməd Əkrəmin 15 yaşlı oğlu Yəhya qohumları ilə birgə İrana qaçıb. Daha sonra o, BMT yolu ilə Türkiyədə məktəbə başlayıb. Əkrəm oğlundan bundan sonra telefonla xəbər alıb. “Mən ona BMT məktəbində təhsilini davam etdirməsini söylədim. Lakin o dedi ki, Avropaya gedəcək.”

Əkrəmin oğlu ilə son telefon söhbətini edir. Yəhya atasına zəng edib,onunla vidalaşır və onun üçün dua etməsini istəyir. Daha sonra Əkrəm oğlunun 29 nəfərlə bərabər qayıqda itkin düşdüyü barədə xəbər alır. Axtarışlar nətivə verməyib.Oğlunun taleyi hələ də bəlli deyil.“Heç bir xəbər yoxdur. Mən nə edə bilərəm? Cəsədini tapmaq üçün pul da xərcləmişəm.”

Nə Əkrəm, nə də ailəsi Yəhyanın ölümü ilə barışmaq istəmir. Onlar oğullarının bir gün geriyə dönəcəyini gözləyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG