Accessibility links

Əfqanıstanda təhlükəsilik qüvvələrinə hücumlar intensivləşib


Bazar ertəsi gecə Taliban intiharçısının Əfqanıstanın cənub bölgəsindəki təhlükəsizlik konvoyunun yaxınlığında bomba yerləşdirilmiş avtomobili partlatması azı 6 nəfərin ölümünə, 30-dan çox adamın yaralanmasına səbəb olub.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, Helmənd vilayətinin paytaxtı Ləşkargahda həyata keçirilən hücum İslam Dövləti qrupunun paytaxt Kabildə yerləşən Kəşfiyyat İdarəsinin Təlim Mərkəzinə etdiyi terror hücumundan bir neçə saat sonra baş verib.

Hücum zamanı Əfqanıstanın təhlükəsizilk qüvvələri və mülki vətəndaşlar arasında ölənlər və yaralananlar olub.

Bu hücumlar yaraqlıların Helmənd vilayətində 14 polis zabitini qətlə yetirməsindən bir gün sonraya təsadüf edir. Bu hücumun da məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb.

Taliban üsyançıları Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun ölkədəki missiyasının maşın karvanlarını hədəf alır. NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası əsas etibarilə ABŞ əsgərlərindən ibarətdir.

XS
SM
MD
LG