Accessibility links

Kabildə Kəşfiyyat Agentliyinə silahlı hücum olub


Güclü silahlanmış militantlar bu gün Əfqanıstanın Kabildəki Kəşfiyyat Agentliyinə hücum edib və təhlükəsizlik qüvvələri ilə atışma baş verib.

Rəsmilər polis paltarı geymiş silahlıların inşa edilən binanın bir hissəsinə hücum edərək, ələ keçirməsindən əvvəl yaxınlıqdakı Milli Təhlükəsizlik Direktoratının təlim mərkəzini raketdən atəşə tutub.

Əfqanıstanın xüsusi təyinatlı qüvvələrinin dərhal hadisə yerinə gələrək, bunanı mühasirəyə aldığı və bir neçə saat davam edən atışma zamanı militantların hamısının öldürüldüyü bildirilib.

Əfqanıstanın Daxili İşlər Nazirliyi Milli Təhlükəsizlik Direktoratının təlim mərkəzinə edilən hücumda 3 nəfərin iştirak etdiyini bildirib. Nazirlik atışma zamanı bir polis işçisinin yaralandığını desə də, təhlükəsilik mənbələrinə əsasən Milli Təhlükəsizlik Direktoratının bir neçə işçisinin də yaralandığı deyilib.

Əfqanıstanın paytaxtında yerləşən Milli Təhlükəsizlik Direktoratına hücumun məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb.

Qrup son aylar paytaxt Kabil və Əfqanıstanın digər bölgələrində həyata keçirilən hücumların məsuliyyətini öz üzərinə götürür.

Bugünkü hücum Taliban üsyançılarının Əfqanıstanın Helmənd vilayətində polis məntəqələrinə hücum edərək, azı 14 polis işçisini qətlə yetirməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG