Accessibility links

ABŞ hərbi bazasında işləyən əfqanlar qətlə yetirilib


Rəsmilərin bildirdiyinə görə, bu gün Əfqanıstanın Loqar vilayətində yaraqlılar 8 mülki vətəndaşı ABŞ hərbi bazasına işə gedəkən yolda qətlə yetiriblər.

Polis qətlə yetirilən şəxslərin vilayətin paytaxtı Puli-Alam şəhərinin yaxınlığındakı hərbi bazanın Şank Əməliyyat Mərkəzində işlədiklərini deyib.

Fransa xəbər agentliyinin məlumatında işçilərin içərisində olduğu maşının yolda saxlandığını və onların yaxınlıqdakı kəndə aparılaraq, hər birinin başından güllə ilə vurulub öldürüldüyü deyilir.

Hadisənin məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin son zamanlar Taliban yaraqlıları tərəfindən Əfqanıstan hökuməti və beynəlxalq qüvvələrlə işləyən onlarla adam qətlə yetirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG