Accessibility links

Taliban yeni liderin adını açıqlayıb, Mənsurun ölümünü təsdiqləyib


Əfqanıstanda Taliban qrupunun bildirdiyinə görə, Molla Əxtar Mənsurun ölümündən sonra qrupa Məvlavi Heybətulla Axundzadə lider təyin edilib.

Bu gün Puştu dilində verilən bəyanatda Taliban Mənsurun keçən həftə dron hücumu zamanı öldüyünü də təsdiq edib.

"Şuranın yekdillikdə əldə etdiyi razılığa əsasən Məvlavi Heybətulla Axundzadə İslam Əmirliyinə (Talibana) yeni lider təyin edilib və Şuranın bütün üzvləri ona sadiq olacaqlarına and içib" deyə bəyanatda bildirilir.

Bu arada, paytaxt Kabildə avtobusda 11 nəfərin ölümü ilə nəticələnən bomba hücumunun məsuliyyətini Taliban üz üzərinə götürüb.

Taliban mediaya göndərdiyi bəyanatda bu hücumun Əfqanıstan ədliyyə sisteminin qrupun 6 üzvünü ölüm cəzasına məhkum etməsinə cavab olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG