Accessibility links

Əfqanıstanın Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib


Talibanın rəhbərlik etdiyi hökumət rəsmisinin və şahidlərin sözlərinə görə, Əfqanıstan paytaxtında Xarici İşlər Nazirliyinin binasının girişi yaxınlığında partlayış baş verib.

Mənbələr yaralananlar və ölənlərin olduğunu desələr də, zərərçəkənlər barədə rəsmi açıqlama verilməyib.

Taliban hökumətinin təhlükəsizlik qərargahının sözçüsü Xalid Zədran "Azadi" radiosuna partlayışın yerli vaxtla saat 16 radələrində baş verdiyini təsdiqləsə də, tələfat və ya dəymiş ziyanı qiymətləndirə bilməyib.

Zədran hadisə yerində təhlükəsizlik qrupunun olduğunu və araşdırma aparıldığını bildirib.

Xarici İşlər Nazirliyindəki adının açıqlanmasını istəməyən diplomatik mənbə AzadlıqRadiosuna bildirib ki, partlayış nazirliyin əməkdaşları məzuniyyətdə olarkən baş verib. Lakin eyni mənbənin dediyinə görə, partlayış çox güclü olub və ölənlər var.

Mənbə bildirib ki, partlayış nazirlikdə Taliban nümayəndələri ilə Çin rəsmiləri arasında keçirilən görüş zamanı baş verib.

France Press xəbər agentliyi nazirliyin bir əməkdaşına istinadən xəbər verib ki, həmin şəxs bir nəfərin özünü partlatdığını və azı 20 qurbanın olduğunu görüb. Lakin bu xəbəri təsdiqləmək mümkün olmayıb.

Hələlik heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG