Accessibility links

NATO bildirir ki, Taliban komandiri mülki vətəndaşlara hücum etmək haqda əmr verib


NATO-nun bildirdiyinə görə, Molla Ömər alyans, ya da Əfqanıstan hökuməti ilə işləyən mülki vətəndaşları və koalisiya qüvvələrinə informasiya verən qadınları öldürmək haqda əmr verib

NATO bildirir ki, Talibanın lideri Molla Ömər keçən il verdiyi qərardan fərqli olaraq, döyüşçüləri əfqan mülki vətəndaşlarını öldürməyə çağırıb. Bu gün açıqladığı bəyanatda NATO Molla Ömərin öz komandirlərinə iyun ayında verdiyi əmrləri ələ keçirdiyini bildirib. NATO-nun bildirdiyinə görə, Molla Ömər alyans, ya da Əfqanıstan hökuməti ilə işləyən mülki vətəndaşları və koalisiya qüvvələrinə informasiya verən qadınları öldürmək haqda əmr verib. Taliban liderləri buna hələlik cavab verməyiblər. Keçən ilin noyabr ayında Molla Ömər militantlara hökumət və xarici əsgərlərə qarşı hücumlar həyata keçirərkən mülki vətəndaşların ölümünə yol verməməyə çağırmışdı. NATO bu gün paytaxt Kabildə azı üç adamın ölümülə nəticələnmiş hücumun məsuliyyətini Talibanın üzərinə atır. Rəsmilər 35 adamın yaralandığını bildirir.

XS
SM
MD
LG