Accessibility links

Afrika ölkələrində HİV virusuna yoluxanların sayı dörddə bir dəfə azalıb


Bunun əksinə olaraq Şərqi Avropa və Mərkəzi Asiyada yeni HİV virusuna yoluxanların sayı artır

BMT bildirib ki, Afrikanın HİV virusunun geniş yayıldığı 22 Böyük Səhraaltı ölkəsində virusa yoluxanların sayı dörddə bir dəfə azalıb. BMT-nin QİÇS üzrə rəsmiləri bu gün bildiriblər ki, Afrikanın yüksək epidemyalı ölkələrində bir neçə infeksiyanın sayında azalma müşahidə olunur. Bu ölkələrə Fil Dişi Sahilləri, Efiopiya, Niqeriya, Cənubi Afrika, Zimbabve və Zambia daxildir. BMT xəstəliyin aradan qaldırılmasında gənclərin mühüm rol oynadıqlarını qeyd edir. Altı il bundan əvvəllə müqayisədə dərman qəbul edən insanların sayı 12 dəfə artıb. Beləliklə müalicə alanların sayı 5.2 milyona çatıb. Bunun əksinə olaraq Şərqi Avropa və Mərkəzi Asiyada yeni HİV virusuna yoluxanların sayı artır. Bir neçə inkişaf etmiş ölkədə də homoseksuallar arasında xəstəlik artmaqdadır.

XS
SM
MD
LG