Accessibility links

Suriyada xilasedicilərə qarşı silahlı hücum olub


ABŞ üsyançıların nəzarətində olan İdlib vilayətində yeddi nəfər Suriyanın Ağ Dəbilqəlilər mülki müdafiə təşkilatının üzvlərinin qətlini pisləyib.

Ağ Dəbilqəlilərin verdiyi məlumata əsasən, şənbə günü naməlum şəxs tərəfindən İdlibin qərbindəki Sarmin şəhərində yerləşən bazaya qarşı silahlı hücum nəticəsində 7 nəfər həyatını itirib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

İdlib əyalətinə nəzarət edən Suriya üsyançı qrupu Hayat Tahrir Əl-Şam baş verən hadisəni "çirkin cinayət" adlandıraraq, Ağ Dəbilqəliləri qorumaq üçün qatilləri tapacağına söz verib.

Ağ Dəbilqəlilər Suriyanın mülki müdafiə işçiləridir. Onlar heç bir tərəddüd etmədən üsyanın baş verdiyi ərazilərdə mülki vətəndaşları bombardman edilmiş binalardan çıxarmaq üçün könüllü şəkildə fəaliyyət göstərir.

Vəzifə müddətində könüllülər arasında ölənlər olub. 2016-cı ildə Ağ Dəbilqəlilər Nobel Sülh mükafatına nomanisiya olunmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG